
“ASAN xidmət” BMT-nin qabaqcıl təcrübələr portalında
Economic-ə verilən məlumata görə, “ASAN xidmət” və onun “ASAN ödəniş”, “ASAN Məktub” və “ASAN Kadr” layihələri qabaqcıl təcrübələr kimi Birləşmiş Millətlər Təşkilatının “Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Qabaqcıl Mexanizmlər və Həllər” adlı portalına daxil edilib. Belə ki, indiyə qədər portalda ümumilikdə Azərbaycandan 15 təcrübə yerləşdirilib və onlardan 4-ü “ASAN xidmət”ə məxsusdur.
Portalın məqsədi dünyanın bir sıra regionlarında müxtəlif sahələrdə mövcud olan qabaqcıl təcrübələr barədə analitik və praktiki məlumatlara vahid çıxışı təmin etmək və bu təcrübələrin digər ölkələr tərəfindən tətbiqini təşviq etməkdir.
Qeyd edək ki, “ASAN xidmət” və onun layihələri barədə portalda yerləşdirilmiş məlumatlarla aşağıdakı linklərə keçid etməklə tanış olmaq olar:
1. “ASAN xidmət” http://southsouthworld.org/solution/view?id=273
2. “ASAN Kadr” http://southsouthworld.org/solution/view?id=274
3. “ASAN ödəniş” http://southsouthworld.org/solution/view?id=276
4. “ASAN Məktub” http://southsouthworld.org/solution/view?id=279
BƏNZƏR MƏQALƏLƏR
-
Bu tarixdə “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə! Novruz bayramı ilə əlaqədar 20-26 […]
-
“YAŞAT” Fondunun dəvəti ilə Türkiyə fondlarının rəhbərləri ölkəmizə gəliblər
Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondların rəhbərlərindən ibarət nümayəndə heyəti “YAŞAT” Fondunun dəvəti ilə […]
-
“Rəqəmsal icra hakimiyyəti” layihəsi çərçivəsində rayonlarda maarifləndirmə işləri başlayıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı […]