ASAN könüllülərinin növbəti səhnə əsəri nümayiş etdirilib
Bakı, 13 iyun, AZƏRTAC
Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində ASAN könüllülərinin təqdimatında İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” tamaşası ingilis dilində səhnələşdirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, ASAN könüllüləri iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, 15 İyun-Milli Qurtuluş Gününə həsr olunan tamaşa “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının təşkilatçılığı və Gənclər Fondunun maliyyə dəstəyi ilə nümayiş olunub.
18 ASAN könüllüsünün hazırladığı səhnə işinin məqsədi həmin əsərin motivləri əsasında Qarabağımızın tarixinin, zəngin mədəniyyətinin, ənənələrinin təbliğidir.
600-dən çox tamaşaçının iştirakı ilə baş tutan tədbirin sonunda könüllülər təltif ediliblər və xatirə şəkli çəkdirilib.
Ümumilikdə “Mədəniyyət Carçısı” proqramı çərçivəsində bu günədək 100-dən çox tamaşa və rəsm sərgisi, 500-dən çox ustad dərsi reallaşdırılıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]