Artıq “TikTok”da bəzi mahnılardan fon səsi kimi istifadə mümkün olmayacaq – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Artıq “TikTok”da bəzi mahnılardan fon səsi kimi istifadə mümkün olmayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Universal Music Group (UMG) bütün sənətçilərinin musiqisini “TikTok”dan siləcək. Buna səbəb şirkətlərin yeni lisenziya razılaşması əldə edə bilməmələri olub.

Məlumata görə, dünyanın ən böyük musiqi nəşriyyatına sahib şirkət Taylor Svift, Ariana Grande, Jastin Biber, “Coldplay”, “The Weeknd” və Dreykin treklərini ehtiva edən musiqi kataloqunu “TikTok”dan çıxarmağı planlaşdırır.

Artıq UMG-yə məxsus mahnıları olan istifadəçi videolarında səs bağlanacaq, hesab sahiblərindən isə kontent üçün başqa musiqilər seçmələri istəniləcək.

Musiqi şirkəti hesab edir ki, sosial şəbəkə sənətçilərə kifayət qədər pul ödəmir. Onların sözlərinə görə, bir milyarddan çox qeydiyyatdan keçmiş istifadəçisi olan “TikTok”dan yalnız 1% gəlir var.

UMG – dünyanın ən böyük biznes şirkəti, həmçinin səsyazma leyblərinin ana şirkəti və media holdinqdir. O, “Səsyazma leyblərinin böyük üçlüyü”nün ən nüfuzlusudur. Şirkətin müxtəlif ölkələrdə regional ofisləri var.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top