Arıqlamaq üçün xoş və TƏSİRLİ ÜSUL
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Çinin Hunan Elm və Texnologiya Universitetinin alimləri rəqsin arıqlamağa kömək etdiyini təsdiqləyiblər.
Araşdırmanın nəticələri “Plos One” jurnalında dərc olunub.
Ümumilikdə alimlər rəqs təliminin effektivliyinə dair 10 araşdırmanı təhlil ediblər. Onlar müəyyən ediblər ki, arıqlamaq üçün rəqs etmək həm bir qədər artıq çəkisi olan insanlar, həm də piylənmədən əziyyət çəkənlər üçün uyğundur.
Bundan əlavə, alimlərin fikrincə, rəqslə arıqlamaq klassik fitnes dərsləri ilə müqayisədə daha təsirli ola bilər.
Fakt budur ki, rəqs məşqi zamanı insanın diqqəti dərsdən daha çox müsbət emosiyalara keçir ki, bu da ona yorğunluq hissi üzərində cəmləşməməyə və daha uzun müddət məşq etməyə imkan verir.
Tədqiqatçılar onu da təsdiqləyiblər ki, rəqs təkcə arıqlamağa kömək etmir, həm də əzələ tonusunu və balansını yaxşılaşdırır.
BƏNZƏR MƏQALƏLƏR
-
Xırdalanda direktor “fond pulu” tələb etdi, bağça nəzarətə götürüldü – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti […]
-
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Antarktidada aparılan son tədqiqatlar zamanı NASA mütəxəssisləri Cənub […]
-
“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat […]