Argentina polisi terror aktları hazırlamaqda şübhəli bilinən yeddi nəfəri saxlayıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Argentina polisi terror aktları hazırlamaqda şübhəli bilinən yeddi nəfəri saxlayıb

Bakı, 17 avqust, AZƏRTAC

Argentina polisi terror qruplaşması ilə əlaqədə olduğu iddia edilən 7 nəfəri saxlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik naziri Patrisiya Bullriç məlumat verib.

Bildirilib ki, onlar Mendozada terror aktları planlaşdırırdılar.

Bullriçin sözlərinə görə, saxlanılanlar “İslam Dövləti və Taliban kimi terror qruplarının nifrət nitqi, hücum planları və materiallarını yaymaq üçün sosial mediadan istifadə edib. Saxlanılanların evlərində aparılan axtarışlar zamanı çoxlu sayda odlu silah və bıçaq aşkar edilib.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top