“Araz Naxçıvan” komandası Çempionlar Liqasında bu gün ilk oyununa çıxacaq – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Araz Naxçıvan” komandası Çempionlar Liqasında bu gün ilk oyununa çıxacaq

Bakı, 21 avqust, AZƏRTAC

“Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasında bu gün mübarizəyə başlayacaq.

AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu H qrupundakı ilk sınağında Şimali İrlandiyanın “Sparta Belfast” klubu ilə üz-üzə gələcək.

İsveçdə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Görüşü Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Vitali Borisovun baş məşqçisi olduğu kollektiv avqustun 22-də Estoniya çempionu “Sillamae Silla”, ayın 24-də isə İsveç təmsilçisi “Uddevalla” ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top