
AQTA sədri: “Ərzaq və qeyri-ərzaq məhsullarının bir yerdə daşınması qəti qadağandır”
“Qida məhsulları daşınarkən həm isti, həm də soyuq zəncir prinsipinə əməl edilməlidir. Eyni zamanda, ərzaq və qeyri-ərzaq məhsullarının bir yerdə daşınması qəti qadağandır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, pandemiya dövründə tək Azərbaycanda deyil, eləcə də bütün dünyada qida məhsullarının çatdırılması və daşınması geniş vüsət aldı: “Ölkəmizdə də bu sahədə fəaliyyət göstərən çox sayda şirkətlər yarandı. Həmin şirkətlərdən ən vacib tələb öz fəaliyyətlərini “Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinə uyğun həyata keçirə bilmələridir. Bu da ondan irəli gəlir ki, qida məhsullarının daşınması və çatdırılması bütün dünyada olduğu kimi standartlara uyğunlaşdırılmalıdır”.
“Həmçinin ərzaq məhsullarının özünün də qonşuluq prinsipinə düzgün əmək olunmalıdır. Bundan əlavə, daşımada iştirak edən sahibkarlıq strukturları bilavasitə tibbi müayinədən keçməlidirlər. Hətta onların istifadə etdikləri qida daşıdıqları boksları standartlara uyğun olmalıdır”, – deyə Q.Təhməzli bildirib.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda bankların xalis mənfəəti 23% artıb
Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 724,2 milyon manat xalis mənfəət əldə edib. Azərbaycan […]
-
Vətəndaşlara xəbərdarlıq: “Külli miqdarda SAXTA QIZIL satışa çıxarılıb”
“Ölkəmizin qızıl məmulatları bazarında külli miqdarda saxta və aşağı keyfiyyətli mallar var. Çünki bu sahəyə […]
-
Bu gün Lənkəranda qaz olmayacaq
Bu gün Lənkəran rayonunun qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) […]