Aqrar Subsidiya Şurasının üzvlərinin sayı artırılıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Aqrar Subsidiya Şurasının üzvlərinin sayı artırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aqrar Subsidiya Şurasının üzvlərinin sayı artırlaraq 7-dən 9-a çatdırılıb.

“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərmanda bildirilib.

Fərmana əsasən, Şuranın təkibinə kənd təsərrüfatı naziri və Dövlət Ehtiyatları Agentliyinin 1 nümayəndəsi daxil edilib.

Qeyd edək ki, Şura daha əvvəl Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), İqtisadiyyat Nazirliyinin (1 nəfər), Maliyyə Nazirliyindən (1 nəfər), Dövlət Statistika Komitəsinin (1 nəfər), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (1 nəfər) və yerli fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələrinin daxil olduğu 7 üzvdən ibarət olub.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top