Aparat rəhbəri: “Yeni reyestr sayəsində turizm sənayesində olanlar bir-birini tanıyacaqlar” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Aparat rəhbəri: “Yeni reyestr sayəsində turizm sənayesində olanlar bir-birini tanıyacaqlar”

“Bu bizim üçün bir qədər çətin keçən yol oldu, ilk dəfədir ki, belə bir informasiya sistemi təqdim olunur. Çalışırdıq, elə sistem yaradaq ki, nəticəyönümlü və işlək bir mexanizmə malik olsun”.

Oxu.Az xəbər verir ki, bunu Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov Turizm İnformasiya Sisteminin təqdimat mərasimində deyib.

“Aparılan müzakirələr və görülən işlərin nəticəsində kifayət qədər yaxşı iş görə bilmişik”, – K.Qasımov əlavə edib.

O qeyd edib ki, 2015-ci ildən etibarən turizm sənayesi lisenziyasız fəaliyyət göstərən sahələrdən idi.

“Lisenziyasız fəaliyyət bazarda şirkətlərin, bu sahədə fəaliyyət göstərənlərin sayının artmasına səbəb olmuşdu. Turizm sənayesi ilə bağlı çalışanların çoxluğu sevindirici olsa da, rəqabətin pozulması ilə bağlı agentliyə müraciət edənlərin sayı da kifayət qədər idi. Bu məsələyə nəzarət mexanizmi yox idi. Biz ümid edirik ki, bu reyestr sayəsində turizm sənayesində olanlar bir-birini tanıyacaqlar”.

Aparat rəhbəri qeyd edib ki, turizm sahəsində fəaliyyət göstərən bütün şirkətlərin bu sistemə inteqrasiyası olacaq:

“Həm sənaye subyektləri, həm dövlət qurumları, eyni zamanda potensial müştərilər hər bir şirkət haqqında ətraflı məlumat əldə edəcəklər. Sistem üzərindən əldə olunacaq keyfiyyət nişanları sayəsində sənaye subyektinə yaxınlaşmadan onun hansı kateqoriyada olduğu ilə bağlı informasiya almaq mümkün olacaq”.

K.Qasımovun sözlərinə görə, bu, şirkətlərə həm öz marketinq siyasətlərini aparmağa imkan verəcək, eyni zamanda, müştərilərin, digər sənaye subyektlərinin kimlərlə hansı səviyyədə ünsiyyət qurduğunu biləcəklər. Bu, kifayət qədər çətin sistem idi, dövlət qurumlarının informasiya sistemlərinə inteqrasiya məsələsi var idi”.

Könül Cəfərli

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top