Antarktika vulkanları Yer kürəsini yaşayış üçün yararsız edə bilər - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Antarktika vulkanları Yer kürəsini yaşayış üçün yararsız edə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir sıra tədqiqatçıların fikrincə, Yer kürəsində həyat təkcə qlobal istiləşmə ilə deyil, həm də Antarktidada sönmüş vulkanların oyanması ilə təhlükə altına düşə bilər. Belə olan halda planet daha sürətlə yaşayış üçün yararsız hala düşəcək.

Alimlər Antarktikanın buz təbəqəsi altında gizlənmiş 100-dən çox vulkan aşkar ediblər – xoşbəxtlikdən onların hamısı yatmış vəziyyətdədir. Onlardan ən böyüyünün hündürlüyü təxminən dörd min metrə çatır.

Hazırda materikin ərazisində yalnız iki aktiv vulkan var – Erebus və Desepşn, onlar hələ də, necə deyərlər, qığılcımlanırlar. Bununla belə, tədqiqatçılar istisna etmirlər ki, yalnız bir oyanmış vulkan, heç kimin sayını bilmədiyi “yoldaşlarını” buzun əsarətindən azad edərək və oyadaraq zəncirvari reaksiyaya başlamağa qadirdir.

Bunun nəticəsini proqnozlaşdırmaq çətin deyil: Buzlaqların yaxınlaşması və Antarktika qabığının kütləvi şəkildə əriməsi Yer kürəsində yaşayış sahələrinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olaaq, dünya okeanının sularının on metrlərlə qalxmasına gətirib çıxaracaq.

Antarktida vulkanlarının kifayət qədər oyanmaq qabiliyyətinə malik olması faktını isə bu yaxınlarda Yeni Zelandiyanın Vellinqtondakı Viktoriya Universitetinin alimlərinin verdiyi açıqlama təsdiqləyir: Yeni Zelandiyada yerləşən və nəhəng ərazini küllə örtən Taupo vulkanının püskürməsi geoloji standartlara görə çox yaxınlarda – cəmi 5000 il əvvəl baş verib. Yeni Zelandiya isə bir vaxtlar ən cənub qitənin bir hissəsi olub.

Mənbə: aif.ru

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top