Anjey Duda: Polşa 23 min ukraynalı hərbçiyə təlim keçib
Bakı, 24 avqust, AZƏRTAC
Polşa Ukrayna Silahlı Qüvvələrinin 23 min hərbi qulluqçusuna təlim keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə Polşa Prezidenti Anjey Duda Kiyevdə Ukrayna lideri Volodimir Zelenski və Litvanın Baş naziri İnqrida Şimonite ilə birgə mətbuat konfransında bildirib.
Duda əlavə edib ki, Varşava Kiyevə hərbi dəstək verməkdə davam edəcək, həmçinin Ukraynanın Aİ və NATO-ya daxil olmasını təşviq edəcək.
Mayın sonunda Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosinyak-Kamış bildirmişdi ki, Avropa İttifaqının müvafiq missiya çərçivəsində hazırlamağı öhdəsinə götürdüyü bütün Ukrayna hərbçilərinin üçdəbiri Polşada təlim keçib.
Aİ yayın sonunadək Ukrayna Silahlı Qüvvələrinin 60 min əsgərinə təlim keçmək niyyətindədir.
BƏNZƏR MƏQALƏLƏR
-
Türkiyəli ekspert: Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı tələbləri haqlıdır
Ankara, 11 sentyabr, AZƏRTAC “Ermənistan Konstitusiyasının hazırkı redaksiyası Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına […]
-
Laçın sakini: Yurduma gedib işimi davam etdirmək istəyirəm
Bakı, 11 sentyabr, AZƏRTAC “Laçında illərlə mətbuat işçisi olmuşam. İndi yurduma gedib işimi yenidən davam […]
-
Mayotda işsizlik Fransa üzrə orta göstəricidən 5 dəfə çoxdur
Bakı, 11 sentyabr, AZƏRTAC Fransanın Mayot departamentində işsizlik artaraq 37 faizə çatıb. AZƏRTAC “”Figaro”ya istinadla […]