
Analoq və rəqəmli yayımla bağlı yeni platforma fəaliyyətə başlayacaq
Ənənəvi analoq yayımın seyrçilərindən başlayaraq kabel şəbəkələri və OTT platformalarındakı rəqəmli abunəçilərə qədər bütün televeriliş tamaşaçılarının ölçülməsini əhatə edəcək yeni teleölçmə platforması KATV1 SMART-ın myvideo.az ilə birgə əməkdaşlığı çərçivəsində işə başlayacaq.
KATV1-dən verilən məlumata əsasən, yeni platformanın işə başlaması Azərbaycanda fəaliyyət göstərən teleölçmə avadanlığının yalnız analoq yayımını dəstəkləməsi və 1 dekabr tarixindən həmin avadanlığın istifadəsinin qeyri-mümkün olacağı ilə bağlıdır.
Yeni platforma 5 min ev təsərrüfatında seyr edilən 100 xarici və 12 milli telekanalı təhlil etməyə imkan verəcək. Sözügedən platforma kabel operatorun (OTT daxil olmaqla) Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərindəki abunəçilərini əhatə edəcək.
İstifadəçinin demoqrafik təsvirini yaratmaq üçün əlavə olaraq sosial sorğulardan, anketləşmədən, həmçinin KATV1-in müasir çağrı mərkəzinin yardımı ilə müvafiq telefon sorğularından istifadə olunacaq. Daha dəqiq məlumat əldə etmək üçün bütün bu üsullar birlikdə istifadə olunur.
İzlənmə monitorinqi KATV1 şirkətinə öz operator xidmətlərinin keyfiyyətinin təkmilləşdirilməsi, həmçinin abunəçilərin tələblərinə əsasən teleproqram paketlərinin yenilənməsi üçün gərəkdir.
Artıq bu gün myvideo.az-da real zaman rejimində statistikaya əsasən bu və ya digər resursun məşhurluğunu dəqiqliklə müəyyənləşdirmək və onun kontentinin tələb səviyyəsini qiymətləndirmək olar. Əldə edilmiş məlumat seyrçilərin tələbatını qarşılayan TV paketlərin formalaşdırılması üçün istifadə olunur.
KATV1-in teleölçmə qərarı daim şübhə doğuran reytinqləri daha dəqiq müəyyən etməyə imkan verəcək.
BƏNZƏR MƏQALƏLƏR
-
“WhatsApp”da yeni funksiya ilə bağlı detallar – FOTO
“WhatsApp”ın beta versiyasında “Newsletter” (xəbər bülleteni) xüsusiyyəti görünüb. Bu funksiya üzərində iş getdiyi barədə fevral ayında […]
-
Mask Obamanı “taxtından devirdi” – FOTO
Amerikalı milyarder və Tesla şirkətinin rəhbəri İlon Maskın hesabı “Twitter” sosial şəbəkəsində ən çox oxunan […]
-
MARSA-nın icraçı direktoru: “Azərbaycanı nisbətən yüksək TV baxışı olan ölkələr sırasına aid etmək olar” -FOTO
MARSA şirkətinin icraçı direktoru İradə Sultanova “Report”a müsahibə verib. Həmin müsahibəni təqdim edirik: – 2023-cü […]