
Amerikalı milyarder: “ABŞ kapitalizmi gözümüzün qarşısında çökür”
“Amerika kapitalizmi gözümüzün qarşısında çökür”.
Bunu amerikalı milyarder, “Citadel” hedcinq fondunun təsisçisi Ken Qriffin ABŞ-nin iflasa uğrayan “Silikon Valley Bank”ına (SVB) tənzimləyicilər tərəfindən göstərilən dəstək tədbirlərini şərh edərkən bildirib.
Qriffin hesab edir ki, hökumətin əmanətçiləri tamamilə xilas etməsi səbəbindən maliyyə intizamı itib, hakimiyyət isə bu cür kəskin tədbirlər görməməli idi.
“Bu, mənəvi riskin böyük dərsi olardı. İnvestorlar üçün itkilər cüzi olacaqdı, bu isə risklərin idarə edilməsinin əhəmiyyətinin artmasına səbəb olardı”, – deyə milyarder fikrini bölüşüb.
Xatırladaq ki, martın 10-da ABŞ-nin ən böyük banklarından biri olan SVB-nin cəmi iki günə iflasa uğradığı məlum olub. Bundan sonra ekspertlər nəhəng bankın iflasının iqtisadi böhrana səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər. Ardınca oxşar səhm portfelinə malik “Signature Bank” da bağlandı. Nyu-York ştatı tənzimləyicisi bütün bank əmanətçilərinin, SVB-də olduğu kimi, öz əmanətlərinə tam çıxış əldə edəcəyini və vergi ödəyicilərinin heç bir itkiyə məruz qalmayacağını bəyan etdi.
Mənbə: The Financial Times
BƏNZƏR MƏQALƏLƏR
-
SKSP-nin rezidentinin ixrac coğrafiyası genişlənir
Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Karbamid” zavodu tərəfindən Sloveniyaya karbamid gübrəsi ixracına başlanılıb. İZİA-dan […]
-
“Leş avtomobillər”, 1 milyardlıq metal qırıntısı: Yeni qadağadan necə ziyansız çıxmalı? – MÜSAHİBƏ + FOTO
Baş nazir Əli Əsədovun imzaladığı qərarla zavod buraxılış tarixi 10 ildən çox olan minik avtomobillərinin […]
-
Laçın şəhəri, Zabux və Sus kəndlərində tikinti-quruculuq işlərinə dair son vəziyyət açıqlanıb – FOTO
“Laçın şəhərinin ərazisində yeraltı kommunikasiya xətlərinin çəkilişi bitib”. Bunu APA-nın Laçına ezam olunan xüsusi müxbirinə açıqlamasında […]