Amerika Kuboku: Braziliya yarımfinala vəsiqə qazana bilməyib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Amerika Kuboku: Braziliya yarımfinala vəsiqə qazana bilməyib

Bakı, 7 iyul, AZƏRTAC

Braziliya yığması ABŞ-da keçirilən Amerika Kubokunun 1/4 finalında Uruqvaya məğlub olub.

AZƏRTAC xəbər verir ki, oyunun əsas vaxtında hesab açılmayıb, penaltilər seriyasında uruqvaylılar daha güclü olublar (4:2).

Yarımfinalda Uruqvay 1/4 finalda Panamaya 5:0 hesabı ilə qalib gələn Kolumbiya ilə qarşılaşacaq.

Digər yarımfinal cütünün Argentina və Kanada olduğu bildirilir.

Qeyd edək ki, Argentina Amerika Kubokunun hazırkı qalibidir və Uruqvayla birlikdə turnirin ən titullu iştirakçısıdır (onlar kuboku 15 dəfə qazanıblar).

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top