Almaniyada 700 təyyarə reysi ləğv edilir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Almaniyada 700 təyyarə reysi ləğv edilir

Almaniyanın dörd hava limanında təhlükəsizlik işçilərinin 48 saatlıq xəbərdarlıq tətilinə görə uçuşların əksəriyyəti dayandırılıb.

Müxtəlif mülki aviasiya xidmətlərinin işçilərini birləşdirən həmkarlar ittifaqı “Ver.di”nin təhlükəsizlik işçiləri işəgötürənlərlə əməkhaqlarının artırılması ilə bağlı danışıqlarda razılığa gələ bilməyiblər. Bu səbəbdən dünən axşamdan Hamburq, Köln/Bonn və Düsseldorf hava limanlarının fəaliyyəti 48 saat müddətinə dayandırılıb. 100 000-dən çox sərnişinin uçuşların ləğvindən zərər görəcəyi gözlənilir.

Almaniya Hava Limanları Assosiasiyası (ADV) tətilin məqbul olandan çox kənara çıxdığını və tamamilə yersiz olduğunu bildirib.

Tətil səbəbindən hava limanlarında 700 uçuş ləğv ediləcək.

“Ver.di” həmçinin cümə günü Ştutqart hava limanında təhlükəsizlik işçilərini istefaya çağırıb. Bu hava limanında nə qədər reysin ləğv ediləcəyi bəlli deyil.

Mənbə: Anadolu

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top