Alimlərdən yaxın 30 ildə altıncı böyük kütləvi məhv olmayla bağlı xəbərdarlıq - FOTO - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Alimlərdən yaxın 30 ildə altıncı böyük kütləvi məhv olmayla bağlı xəbərdarlıq – FOTO

2050-ci ilə qədər Yer kürəsində heyvanların altıncı kütləvi yoxa çıxması baş verə bilər, hətta bəzi növlərin demək olar ki, 40%-i məhv olacaq.

Bu barədə Yeni Zelandiyanın Otaqo Universitetinin Zoologiya kafedrasından bildirilib.

“Ola bilsin ki, növlər qlobal miqyasda yoxa çıxmasın, lakin çox güman ki, yeni şəraitə uyğunlaşa bilməyənlər yaşayış mühitlərinin daralmasına və saylarının azalmasına məruz qalacaqlar. Hazırkı böhran hələ pik nöqtəsinə çatmaya bilər, lakin vəziyyət şübhəsiz ki, ona doğru gedir”, – deyə alimlər bildirirlər.

Beynəlxalq Təbiəti Mühafizə Birliyinin Qırmızı Siyahısına görə, hazırda təqribən 41.000 növ (qiymətləndirilənlərin demək olar ki, 1/3-i) nəsli kəsilmək təhlükəsi ilə üzləşib. Onların arasında Sumatra oranqutanı (Pongo abelii), Uzaq Şərq bəbiri (Panthera pardus orientalis), Sumatran fili (Elephas maximus sumatranus), qara kərgədan (Diceros bicornis) və bir çox başqaları var.

Məlumata görə, bu növlərin bir çoxu 2050-ci ilə qədər tamamilə məhv ola bilər. Məsələn, təbiətdə yalnız 70 dənə Amur bəbiri və 10 dənə Kaliforniya dəniz donuzu qalır.

Elm adamlarının fikrincə, insan fəaliyyəti növlərin yox olma sürətini əhəmiyyətli dərəcədə sürətləndirə bilər.

Mənbə: Gazeta.ru

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top