Alimlərdən xəbərdarlıq: Nyu-York batır…
Nyu-Yorkda (ABŞ) göydələnlərin çəkisi şəhəri daha da suyun altında batmağa məcbur edir.
Bu barədə ABŞ Geoloji Xidmətinin alimlərinin apardığı yeni araşdırmadan məlum olub.
Ümumilikdə Nyu-Yorkda ümumi çəkisi təxminən 770 milyon ton olan bir milyona yaxın bina var. Bu yükə görə hər il şəhər bir-iki millimetr aşağı düşür, bəzi ərazilərdə isə proses daha sürətlə gedir.
Alimlər vurğulayırlar ki, rəqəmlər az görünsə də, suya tədricən yaxınlaşma metropolu təbii fəlakətlərə qarşı həssas edir. Xüsusilə Bruklin, Kuins və Aşağı Manhetten risk altındadır.
“Nyu-York böyük daşqın riski problemləri ilə üz-üzədir. Burada dəniz səviyyəsinin qalxması təhlükəsi Şimali Amerikanın Atlantik sahilləri boyunca qlobal orta göstəricidən üç-dörd dəfə yüksəkdir”, – deyə tədqiqatın müəllifi, geoloq Tom Parsons əlavə edib.
Daşqınlar təkcə sakinlər üçün deyil, binalar üçün də təhlükə yaradır. Onların təməlinin duzlu suya tez-tez məruz qalması, möhkəmləndirici poladı korlaya və betonu zəiflədə bilər. Əksər yerli tərtibatçılar layihələr hazırlayarkən bu faktı nəzərə almayıblar.
Qeyd edək ki, 2022-ci ilin fevral ayında Milli Okean və Atmosfer Administrasiyası ABŞ-də dəniz səviyyəsinin yaxın 30 ildə son 100 ildəkindən daha çox artacağını, bu səbəbdən Nyu-York və Mayami də daxil olmaqla sahil şəhərlərinin daşqın təhlükəsi ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.
Mənbə: Lenta.ru
BƏNZƏR MƏQALƏLƏR
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]
-
AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Frankfurt-Maynda keçirilən nüfuzlu “Passenger Terminal Expo 2024” konfransında […]
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti (“Rosobrnadzor”) […]