Alimlər şəkərli diabet və qan xərçəngi arasında əlaqənin olduğunu müşahidə ediblər – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Alimlər şəkərli diabet və qan xərçəngi arasında əlaqənin olduğunu müşahidə ediblər

Memorial Sloun-Ketterinq Xərçəng Mərkəzinin (ABŞ) alimləri müəyyən ediblər ki, şəkərli diabet qan xərçəngi olan ağdərili xəstələrin sağ qalmasına mənfi təsir göstərir. Çox güman ki, qanda insulinin yüksək konsentrasiyası xərçəng hüceyrələrinin çoxalmasını sürətləndirir.

Miyeloma bakteriyaları, orqanizmə yad olan zülalları məhv edən və digər patogenləri zərərsizləşdirən plazma hüceyrələrinin (ağ qan hüceyrələri) bədxassəli xəstəliyidir. Xəstəlik irəlilədikcə sümük ağrısı, anemiya və böyrək funksiyasının pozulması baş verə bilər. Bundan əlavə, insan orqanizmi infeksiyalara qarşı həssas olur.

Tədqiqatda 5 383 miyeloma xəstəsinin elektron sağlamlıq kartlarından alınan məlumatlardan istifadə edilib. İştirakçıların 15%-nə şəkərli diabet diaqnozu qoyulub: ağdərililərin 12%-i və qaradərililərin 25%-i bu xəstəlikdən əziyyət çəkir.

Məlum olub ki, eyni vaxtda miyeloma və diabetdən əziyyət çəkən ağdərili xəstələrin sağ qalma nisbəti daha aşağıdır. Alimlər qanda insulinin səviyyəsinin artmasının xərçəng hüceyrələrinin çoxalma sürətinə təsir edə biləcəyini təxmin edirlər.

Qeyd olunur ki, qaradərililərdə şəkərli diabet riskinin yüksək olmasına baxmayaraq, bu xəstəlik belə xəstələrdə miyeloma xəstəliyinin gedişatında ağırlaşmaya səbəb olmayıb.

Mənbə: HealthNews

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top