Alimlər ölən insanların tabutdakı hərəkətlərini qeydə alıblar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Avstraliya Tafonomik Eksperimental Tədqiqatlar Mərkəzinin alimləri parçalanma proseslərini öyrənmək üçün ölülərin tabutlarına kameralar quraşdırıblar və ölümdən sonra mərhumların “rəqslərini” – qolların və ayaqların qəribə hərəkətlərini qeydə alıblar.
Tafonomiya (ölü orqanizmlərin parçalanmasını öyrənən elm) paleobiosenozların və onların vasitəsilə keçmişin ekosistemlərinin (biosenozlarının), orqanizmlərin yaşayış şəraitinin bərpası üçün vacibdir.
Çəkilişlər 2,5 il davam edib. Kamera hər yarım saatdan bir işə salınıb və alimlər görüntülərdən vahid “film” tərtib ediblər. Kadrlarda ölən insanların qol və ayaqlarının hərəkət etdiyi görünüb. Tədqiqatçılar bunun mərhumun bədənində baş verən tafonomik proseslərlə bağlı olduğunu bildiriblər.
Tədqiqat müəllifləri izah ediblər ki, “parçalanma zamanı bədən mumiyalanır, bağlar quruyur, bu da qolların və ayaqların hərəkət etməsinə səbəb olur”.
Mənbə: gazeta.ru
BƏNZƏR MƏQALƏLƏR
-
İnsan ilk dəfə okeanda sahildən ən ucqar nöqtəyə çatdı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz 2024-cü ildə ata və oğuldan (Kris və Mik […]
-
ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, […]
-
Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə […]