
Aleksey Overçuk: “Xanoba” məntəqəsi “Şimal-Cənub” dəhlizinin vacib elementidir”
Azərbaycan-Rusiya sərhədində yerləşən və bu gün açılışı olan “Xanoba” sərhəd-buraxılış məntəqəsi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin vacib elementlərindən biridir.
“Report” xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk gömrük postunun açılış mərasimində bildirib.
A.Overçuk, Rusiya-Azərbaycan sərhədində belə müasir və rahat keçid məntəqəsinin açılmasından şad olduğunu bildirib:
“Bu keçid məntəqəsi yüklərin Hindistandan, Pakistandan, İrandan və Azərbaycandan Rusiyaya daşınmasında vacib rol oynayır. Bu, nəqliyyat dəhlizi 21-ci əsrin ən vacib layihəsidir”.
Azərbaycan Baş nazirin müavini Şahin Mustafayev jurnalistlərə açıqlamasında bildirib ki, “Xanoba” sərhəd-buraxılış məntəqəsi Rusiya ilə ikitərəfli iqtisadi inkişaf əlaqələrinin inkişafına ciddi xidmət göstərəcək.
Ş.Mustafayev qeyd edib ki, keçid məntəqəsi “Şimal-Cənub” dəhlizinin tərkib hissəsidir:
“Bu məntəqə sərhəddə buraxılış imkanlarının artırılmasına və tranzit daşımalar üçün geniş imkanlar yaradacaq”.
BƏNZƏR MƏQALƏLƏR
-
SKSP-nin rezidentinin ixrac coğrafiyası genişlənir
Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Karbamid” zavodu tərəfindən Sloveniyaya karbamid gübrəsi ixracına başlanılıb. İZİA-dan […]
-
“Leş avtomobillər”, 1 milyardlıq metal qırıntısı: Yeni qadağadan necə ziyansız çıxmalı? – MÜSAHİBƏ + FOTO
Baş nazir Əli Əsədovun imzaladığı qərarla zavod buraxılış tarixi 10 ildən çox olan minik avtomobillərinin […]
-
Laçın şəhəri, Zabux və Sus kəndlərində tikinti-quruculuq işlərinə dair son vəziyyət açıqlanıb – FOTO
“Laçın şəhərinin ərazisində yeraltı kommunikasiya xətlərinin çəkilişi bitib”. Bunu APA-nın Laçına ezam olunan xüsusi müxbirinə açıqlamasında […]