Aİ iki ölkəni mərhələli şəkildə Şengenə inteqrasiya edəcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Aİ iki ölkəni mərhələli şəkildə Şengenə inteqrasiya edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqı (Aİ) ölkələri 2024-cü ilin mart ayından etibarən dəniz və hava sərhədlərində Rumıniya və Bolqarıstan üçün Şengen zonası daxilində sərhəd nəzarətini ləğv etmək qərarına gəlib.

Bu barədə Avropa Komissiyasının (AK) bəyanatında bildirilib.

Qeyd olunub ki, Aİ Şurasının üzvləri bu qərarı yekdilliklə qəbul ediblər.

“Bu addım səyahəti, ticarəti, turizmi stimullaşdıracaq və daxili bazarı gücləndirəcək”, – deyə AK-nin məlumatında bildirilib.

Bildirilib ki, quru sərhədlərində nəzarət hələ də davam edir. Bu məsələ ilə bağlı addımların müzakirəsi 2024-cü ildə də davam etdiriləcək.

“Genişləndirilmiş Şengen zonası Aİ-ni həm daxildə, həm də dünya miqyasında bir birlik kimi daha güclü edəcək”, – deyə Avropa Komissiyası vurğulayır.

Xatırladaq ki, sentyabrda AK rəhbəri Ursula fon der Lyayen Avropa İttifaqı (Aİ) ölkələrini Rumıniya və Bolqarıstanı dərhal Şengen zonasına qəbul etməyə çağırmışdı. Onun sözlərinə görə, Rumıniya və Bolqarıstan sığınacaq və repatriasiya sahəsində yaxşı nümunə göstəriblər.

Mənbə: lenta.ru

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top