Aİ Baydenin Qəzzada atəşkəs planını dəstəkləyib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Aİ Baydenin Qəzzada atəşkəs planını dəstəkləyib

Bakı, 5 iyun, AZƏRTAC

Avropa İttifaqı ABŞ Prezidenti Co Baydenin təklif etdiyi və Qəzza zolağında davamlı atəşkəsə gətirib çıxaracaq yol xəritəsini tam dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.

“Aİ ABŞ, Misir və Qətərin İsrail və HƏMAS arasında müharibəni dayandırmaq üçün səylərini yüksək qiymətləndirir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Yaxın Şərqdə sülh və sabitlik hər iki xalqın, bütövlükdə regionun və bütün dünyanın maraqlarına cavab verir.

“Aİ hər iki tərəfi Baydenin Qəzzada atəşkəs üçün təklif etdiyi üç həll mərhələsini qəbul etməyə və həyata keçirməyə çağırır”, – deyə Borrell əlavə edib.

Qeyd edək ki, Bayden mayın 31-də İsrail və HƏMAS-a Qəzza zolağı üçün üç mərhələli atəşkəs planı təklif edib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top