Ağstafada Kür çayında 56 yaşlı kişi batıb FOTO
Ağstafa,14 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC
Ağstafada Kür çayında 56 yaşlı kişi batıb. Hadisə Kür çayının rayonun Saloğlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, rayonun Soyuq Bulaq qəsəbəsi sakini 56 yaşlı Rasim Şıxıyev istirahət üçün Kür ətrafına gedib. O, çayda çimmək istəyərkən “çay qarışan” adlanan ərazidə batıb. Onun batdığı əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub, axtarışlara başlanılıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]