Agentlikdən vətəndaşlara müraciət: Tibbi xidmətlərlə bağlı təkliflərinizi verin - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Agentlikdən vətəndaşlara müraciət: Tibbi xidmətlərlə bağlı təkliflərinizi verin

İcbari Tibbi Sığortanın yeni xidmətlər zərfi üzərində hazırda işlər aparılır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Vətəndaş müraciətləri şöbəsinin koordinatoru Nərgiz Hacıyeva bu barədə açıqlama verib.

O bildirib ki, bu prosesə vətəndaşların müraciətləri də təsir göstərir: “Vətəndaşların müraciətlərinə əsasən, bir neçə xəstəliyi müəyyən etmişik. Yaxın illər ərzində xəstəliklərin beynəlxalq təsnifatı təsdiq ediləcək. Bu, təsdiq edildikdən sonra İcbari Tibbi Sığorta Agentliyinin də xidmətlər zərfində yeniliklər olacaq. Vətəndaşlardan da xidmətlər zərfinə daxil edilməsini istədikləri xəstəliklərlə bağlı təkliflərini yazıb, agentliyə göndərmələrini rica edirik”.

Qeyd edək ki, onkoloji xidmətlər, Qazanılmış İmmun Çatışmazlıq Sindromu xəstəlikləri (QİÇS), hemofiliya, talassemiya, şəkərli diabet, eləcə də süni mayalanma ilə bağlı prosedurlar, kosmetik və ya plastik cərrahi əməliyyatları və orqan transplantasiyasına ehtiyac olan prosedurlar icbari tibbi sığortanın xidmətlər zərfinə daxil deyil.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top