Ağdamda turizmlə bağlı elmi-praktiki konfrans keçirilir – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ağdamda turizmlə bağlı elmi-praktiki konfrans keçirilir – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Ağdam rayonunda “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda elmi-praktiki konfrans keçirilir.

Oxu.Az-ın məlumatına görə, Qarabağ və Şərqi Zəngəzur bölgəsində turizm potensialı və mövcud resurslardan səmərəli istifadə üsullarının, sektorun sürətli inkişafı üçün təkliflərin müzakirə olunması məqsədilə təşkil olunan konfransda dövlət orqanlarının nümayəndələri, investorlar, turizm sənayesinin təmsilçiləri və turizm ixtisası üzrə təhsil alan tələbələr iştirak edirlər.

Konfransdan öncə iştirakçılar Memorial Xatirə Kompleksini ziyarət edib, şəhidlərin ruhuna ehtiram olaraq kompleksin önünə gül dəstələri düzüblər.

İlhamə Əbülfət

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top