Ağdamda 1 tondan artıq yabanı çətənə bitkisi yandırılıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ağdamda 1 tondan artıq yabanı çətənə bitkisi yandırılıb

Bakı, 18 avqust, AZƏRTAC

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları “Xaş-xaş 2024” planına uyğun olaraq tədbir keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbir zamanı işğaldan azad edilmiş Xaçındərbənd, Əlimədətli və Əliağalı kəndlərinin ərazisində yabanı halda bitən və çəkisi ümumilikdə 1 tondan artıq olan 3899 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top