AGBank mükafatlandırıldı! – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

AGBank mükafatlandırıldı!

Ölkənin aparıcı banklarından «AGBank» ASC-ın mükafatları sırasına daha biri əlavə olunub. Bank bu dəfə «Visa İnternational»şirkəti tərəfindən mükafatlandırılıb. «AGBank» ASC «Visa payWave» və «Multi Currency» üzrə nominasiyalarında qalib gələrək  «Visa» şirkətinin xüsusi diplomu ilə təltif edilib.

Qeyd edək ki, fəaliyyətə başladığı gündən etibarən  «AGBank» ASC istər ölkəmizdə, istərsə də, beynəlxalq maliyyə təşkilatları tərəfindən müxtəlif mükafatlara layiq görülüb.  Şirkətin mükafatları sırasında «Caspian Energy Award», «Uğur» «Most Active İssuing Bank in Azerbaijan», «STP Award 2011 Excellent Quality» yer alır.

Məlumat üçün bildirək ki, 1992-ci ildə faliyyətə başlayan «AGBank» ASC «VISA International» beynəlxalq ödəmə sisteminin mühüm üzvüdür.  Bank müştərilərinə «Visa Infinite», «Visa Platinum», «Visa Electron», «Visa Virtual», «Visa Gold», «Visa Classic», «Visa Gift Card» kartlarını təqdim edir. «Visa» – kart sahiblərini, ticari-xidmət müəssisələrini, maliyyə və hökumət təşkilatlarını dünyanın 200-dən çox ölkəsində sürətli, təhlükəsiz və etibarlı elektron  ödəmə şəbəkəsi ilə təmin edən qlobal ödəniş sistemidir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top