Ağ ev İsrail və HƏMAS-ı atəşkəs danışıqlarına qayıtmağa çağırıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ağ ev İsrail və HƏMAS-ı atəşkəs danışıqlarına qayıtmağa çağırıb

Vaşinqton, 14 avqust, AZƏRTAC

Ağ ev İsrail və HƏMAS-ı bu həftə Qəzzada keçiriləcək sülh danışıqlarında iştirak etməyə çağırıb.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Ağ evin mətbuat katibi Karin Jan Pyer mətbuat konfransında deyib. O bildirib ki, danışıqlar bərpa edilməlidir və atəşkəs regiondakı gərginliyin yumuşaldılması üçün ən yaxşı yoldur.

“Biz tam şəkildə irəli getməyi düşünürük. Avqustun 15-də tərəflər danışıqlar masasına qayıdacaq. Bütün tərəflər geri qayıtmalı və razılaşmanı yekunlaşdırmalıdır”,- deyə Ağ evin mətbuat katibi əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top