Ağ ev: HƏMAS İsraillə razılaşma təkliflərinə yekun cavab verməyib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ağ ev: HƏMAS İsraillə razılaşma təkliflərinə yekun cavab verməyib

Ağ ev: HƏMAS İsraillə razılaşma təkliflərinə yekun cavab verməyib

Bakı, 10 aprel, AZƏRTAC

HƏMAS hərəkatının rəhbərliyi İsrail hakimiyyəti ilə razılaşma təkliflərinə hələlik yekun cavab verməyib, ABŞ bunu mümkün qədər tez almağa çalışır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Ağ evdə keçirdiyi brifinqdə bildirib.

“HƏMAS-ın rəsmi açıqlamaları o qədər də ürəkaçan deyil. Qətərin Baş naziri ilə danışdım. O, hələlik HƏMAS-dan heç bir cavab almayıb. Mən Baş nazirdən mümkün qədər tez cavab almağı xahiş etdim”, – deyə C.Sallivan bildirib.

İsrailin Baş naziri Binyamin Netanyahunun Qəzza zolağının cənubundakı Rəfah şəhərində hərbi əməliyyatın başlanmasının vaxtını müəyyən edib-etməməsi ilə bağlı sualı cavablandıran Amerika liderinin müşaviri deyib: “O, bu barədə bizə məlumat verməyib”.

“O vaxtdan bəri komandalarımız arasında işgüzar danışıqlar davam edir”, – deyən Prezidentin köməkçisi yaxın vaxtlarda İsrail tərəfi ilə daha bir yüksək səviyyəli danışıqların aparılacağını bildirib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top