Ağ ev: ABŞ yaxın həftələrdə Ukraynaya yeni hərbi yardım paketi ayıracaq – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ağ ev: ABŞ yaxın həftələrdə Ukraynaya yeni hərbi yardım paketi ayıracaq

Bakı, 16 avqust, AZƏRTAC

ABŞ yaxın həftələrdə Ukraynaya daha bir hərbi yardım paketi təqdim etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Ağ evin rəsmisi qanadlı raketlərin tədarükündən söhbət getdiyini dəqiqləşdirməyib.

Daha əvvəl “Politico” qəzeti xəbər vermişdi ki, Birləşmiş Ştatlar bu məsələ ilə bağlı yekun qərar verilməsə də, JASSM uzaqmənzilli qanadlı raketlərin Ukraynaya ötürülməsi ideyasına açıqdır.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top