ADY Express-in pavilyonu Bakıda keçirilən sərgidə daha çox ziyarətçi toplayıb (FOTO) - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ADY Express-in pavilyonu Bakıda keçirilən sərgidə daha çox ziyarətçi toplayıb (FOTO)

Bakıda 15-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi işini yekunlaşdırıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, sərgidə yerli və xarici eksponentlər dəmir yolu, dənizçilik, aviasiya, nəqliyyat-logistika və infrastuktur sahəsinə aid imkanlarını nümayiş etdirib.

Beynəlxalq tədbirdə bir çox dövlət şirkətləri ilə yanaşı, nəqliyyat, logistika, yükdaşımalar sahəsində fəaliyyət göstərən “ADY Express” MMC də öz stendi ilə təmsil olunub. ADY Express-in pavilyonuna maraq olduqca böyük olub. Yükdaşımalarla məşgul olan bir çox xarici və yerli şirkətlər ADY Express-in təklif etdiyi nəqliyyat marşrutlarına, yüklərin çatdırılma vaxtı və tarifləri ilə maraqlanıblar, əməkdaşlıq təklif ediblər.

ADY Express-in stendi sərginin ən çox ziyarət olunan stendi olub. Bununla bağlı sərgi təşkilatçıları şirkətin nümayəndələrinə sertifikat da təqdim ediblər.

Sərgi, eyni zamanda yeni partnyorların tapılması və yeni tranzit yüklərin cəlb olunması üçün yaradılan meydandır. Keçirilən çoxsaylı görüşlərdə, aparılan danışıqlarda ADY Express-in təklif etdiyi tranzit marşrutlarının üstünlükləri haqqında ətraflı məlumat verilib, marşrutların qısa və daha sərfəli olduğu nümayiş etdirilib. “ADY Express” kampaniyasının nümayəndələri yeni tranzit yüklərinin cəlb olunması istiqamətində yeni addımlar atıblar.

Qeyd edək ki, 15-ci yubiley “TransCaspian” sərgisi dünyanın müxtəlif ölkələrini təmsil edən 75 şirkəti bir arada toplamışdı. Sərgi iştirakçılarının 40%-ni debütantlar təşkil edib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top