ADPU-nun təhsil könüllülərindən maraqlı layihə: “Xəzinədir, tullantı deyil!”
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” və 2024-cü ilin sonunda ölkəmizdə keçiriləcək COP-29 tədbirinə həsr olunmuş “Xəzinədir, tullantı deyil!” adlı layihə keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində tələbələr açıq hava altında lazımsız hesab edilən tullantılardan müxtəlif əl işləri hazırlayıblar. Eyni zamanda, asudə vaxtlarını səmərəli keçirərək, musiqi müşayiəti ilə yaradıcılıq qabiliyyətlərini sərgiləyiblər.
Layihə ətraf mühitə hörmətlə yanaşmaq, təbiətə olan qayğının artırılması, yaradıcı potensialı artırmaq və tələbə birliyi üzvləri arasında həmrəyliyi dəstəkləmək məqsədilə həyata keçirilib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]