AccessBank AYİB-lə birgə maliyyələşdirmə xətti üzrə ilk kredit müqaviləsini imzaladı – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

AccessBank AYİB-lə birgə maliyyələşdirmə xətti üzrə ilk kredit müqaviləsini imzaladı

AccessBank Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə həyata keçirdiyi birgə maliyyələşdirmə layihəsi çərçivəsində uzun müddət əməkdaşlıq etdiyi Eurohome şirkəti ilə ilk kredit müqaviləsini imzalayıb. economic.az bankın saytına istinadən xəbər verir ki, bank Azərbaycanda yeni inşaat bazarlarının inkişaf etdirilməsi məqsədilə AYİB-lə birlikdə Eurohome şirkətini maliyyələşdirəcək.

“Biz yaxın tərəfdaşımız və təsisçimiz olan AYİB-lə birlikdə icra etdiyimiz birgə maliyyələşdirmə layihəsini alqışlayırıq. Bu layihə təşkilatlarımız arasında sıx əməkdaşlığı əks etdirir. Eurohome Azərbaycanın inşaat materialları bazarının güclü və təcrübəli iştirakçısıdır. Birgə maliyyələşdirmə xətti üzrə dəstəklənən layihə iqtisadi cəhətdən gərgin dövrdə uzaqgörən sərmayə qoyuluşunun bariz nümunəsidir” – AccessBank adından İdarə Heyətinin sədri Michael Hoffmann deyib.

«Biz AccessBank-la birlikdə Eurohome şirkətini dəstəkləməkdən məmnunuq. Özəl qeyri-neft sektoru üçün mürəkkəb olan hazırki dövrdə iqtisadiyyatı diversifikasiya etmək məqsədilə rəqabət qabiliyyətli, müstəqil şirkətlərlə əməkdaşlığı davam etdirmək çox əhəmiyyətlidir» – AYİB Azərbaycanın Bakı Ofisinin rəhbəri Neyl Makkeyn çıxışında qeyd edib. .

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top