Abşeron Milli Parkının rəhbəri: Şah Dili məşhur olsa da, tanıtım zəruridir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Abşeron Milli Parkının rəhbəri: Şah Dili məşhur olsa da, tanıtım zəruridir

Bakı, 11 avqust, AZƏRTAC

“Bu, vətəndaşlarımıza Azərbaycanın təbiəti ilə daha yaxından tanış olmaq və onu sevmək üçün yaradılan şəraitdir”.

Bu sözləri AZƏRTAC-a Abşeron Milli Parkının rəhbəri Etibar İbrahimov “Biomüxtəliflik – təbiətin harmoniyası” adlı tədbirdə deyib.

Etibar İbrahimov bildirib ki, Abşeron Milli Parkının təmsilçiləri “Biomüxtəliflik – təbiətin harmoniyası” tədbirini əhəmiyyətli hesab edirlər: “Çünki şahid olduq ki, Şah Dilini ziyarət etməyənlər, hətta məlumatı olmayanlara da rast gəlinir. Bu baxımdan tanıtım guşəsi ilə bu tədbirdə iştirakımız olduqca səmərəlidir. Parkımızı daha geniş kütləyə tanıtmaq fürsətimiz oldu”, – deyə Etibar İbrahimov fikrini tamamlayıb.

Avqustun 11-də Dənizkənarı Milli Parkda “Biomüxtəliflik – təbiətin harmoniyası” devizi altında “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçirilib. Tədbirdə milli parkların təbiətinə, flora və faunasına aid tanışlıq guşələri yer alıb və ziyarətçilər stendləri gəzərək ölkəmizdəki milli parklarla virtual tanışlıq imkanı əldə ediblər.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top