ABŞ və Ukrayna müdafiə nazirləri arasında telefon danışığı olub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ABŞ və Ukrayna müdafiə nazirləri arasında telefon danışığı olub

Bakı, 24 avqust, AZƏRTAC

Pentaqon rəhbəri Lloyd Ostin ukraynalı həmkarı Rustem Umerov ilə telefon danışığı aparıb və onunla 125 milyon dollarlıq yeni silah paketini müzakirə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.

“Ostin həmçinin ABŞ-ın təhlükəsizlik yardımı, o cümlədən Prezident Baydenin elan etdiyi 125 milyon dollarlıq paketi də təqdim edib”, – deyə bildirib.

Bundan əlavə, tərəflər Kiyevin hazırkı hərbi əməliyyatlarını və döyüş meydanındakı ehtiyaclarını müzakirə ediblər.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top