ABŞ Sahil Mühafizəsi “Titan” batiskafının parçalarını və insan qalıqlarını aşkar etdi – FOTO
ABŞ Sahil Mühafizəsinin mütəxəssisləri Atlantik okeanında batmış “Titan” batiskafının parçalarını və insana aid olduğu ehtimal edilən qalıqlar aşkarlayıblar.
Bu barədə ABŞ Sahil Mühafizəsinin mətbuat xidmətindən məlumat verilib.
“ABŞ Sahil Mühafizəsinin Dəniz Təhqiqat Şurasının (MBI) dəniz təhlükəsizliyi üzrə mühəndisləri “Titan” batiskafının parçalarını və Atlantik Okeanının şimali hissəsindən tapılan dəlilləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər”, – deyə bununla bağlı məlumatda bildirilib.
Sahil Mühafizəsi qeyd edib ki, mütəxəssislər dəlilləri kataloqlaşdırma və təhlil üçün limana göndəriblər. Məlumatda, həmçinin vurğulanıb ki, batiskafın parçaları arasından insana aid olduğu ehtimal edilən qalıqlar da ehtiyatla çıxarılaraq analiz üçün həkimlərə göndərilib.
Xatırladaq ki, iyunun 18-də beş milyarder “OceanGate Expeditions” şirkətinə məxsus batiskafda batmış “Titanik”ə ekspedisiyaya yollanıb və sonradan onlarla əlaqə kəsilib. Batiskafın qalıqları dörd gün sonra tapılıb. Batiskaf daxili partlayış nəticəsində tamamilə dağılıb. Bütün sərnişinlər həlak olublar. İyunun 22-də həmin beş nəfərin ölmüş hesab edildiyi açıqlanıb.
Mənbə: TASS
BƏNZƏR MƏQALƏLƏR
-
İnsan ilk dəfə okeanda sahildən ən ucqar nöqtəyə çatdı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz 2024-cü ildə ata və oğuldan (Kris və Mik […]
-
ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, […]
-
Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə […]