ABŞ Polşaya 2 milyard dollar kredit verəcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ABŞ Polşaya 2 milyard dollar kredit verəcək

Bakı, 9 iyul, AZƏRTAC

Vaşinqton administrasiyası F-35 qırıcıları, “Patriot” zenit-raket kompleksləri və “Abrams” tankları da daxil olmaqla, Amerika silahlarının alınmasına kömək etmək üçün Polşaya 2 milyard dollar kredit ayırmağa qərar verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında bildirilir.

Sənəddə deyilir: “Birləşmiş Ştatlar Polşaya hərbi ehtiyaclar üçün maliyyə yardımı çərçivəsində 2 milyard dollarlıq birbaşa kredit ayırmaq üçün ikinci sazişi elan edir”. O qeyd edir ki, Polşa F-35 təyyarələri, “Patriot” raket sistemləri və “Abrams” tanklarının alınması daxil olmaqla, böyük hərbi modernləşdirmə proqramını həyata keçirir.

Miller vurğulayıb ki, Polşaya bu yardım NATO-nun şərq cinahında müdafiənin gücləndirilməsinə töhfə verəcək.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top