ABŞ-nin sanksiyaları Çin şirkətlərini yeniliyə vadar etdi - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ABŞ-nin sanksiyaları Çin şirkətlərini yeniliyə vadar etdi

Yarımkeçiricilərin ixracına tətbiq edilən sanksiyalara görə ABŞ çiplərini itirən Çin şirkətləri qabaqcıl süni intellektin inkişafı üzrə tədqiqatları sürətləndiriblər.

Bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, texnologiya nəhəngləri olan bəzi şirkətlər daha az sayda və ya daha az gücdə yarımkeçiricilərdən istifadə edərək ən müasir neyron şəbəkə performansına nail olmaq üçün yola çıxıblar. Onlar müxtəlif növ yarımkeçiricilərin kombinəsinə başlayıblar. Nəticədə bəzi innovativ həllər ümidverici nəticələr göstərib, bu isə Çinin ABŞ-nin məhdudiyyətlərinə uğurla tab gətirəcəyi proqnozunu verir.

Bununla belə, Çinə qarşı sanksiya təzyiqinin güclənməsi riski var. KİV-də yayılan məlumata görə, Brüsselin yeni sanksiyalar paketinə Rusiya ordusuna dəstək verdiyi iddiası ilə Çinin yeddi  şirkətinə qarşı məhdudiyyətlər tətbiq oluna bilər. Sanksiyaların qüvvəyə minməsi üçün təklif Avropa İttifaqının 27 üzv dövləti tərəfindən yekdilliklə təsdiqlənməlidir.

Mənbə: İzvestiya

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top