ABŞ-nin İT şirkətindən yenilik: Fotonu göstərin, yemək bişirməyə kömək etsin - FOTO - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ABŞ-nin İT şirkətindən yenilik: Fotonu göstərin, yemək bişirməyə kömək etsin – FOTO

ABŞ-nin İT şirkəti “OpenAI” generativ süni intellektə malik dil modelinin yeni versiyası olan “GPT-4”ü rəsmən təqdim edib. Əvvəlki versiya “GPT-3.5”dən fərqli olaraq, “GPT-4” təkcə mətni deyil, həm də şəkilləri başa düşməyi bacarır.

Qeyd edilir ki, “GPT-4” performansındakı irəliləyiş onun testlərdən və imtahanlardan keçməsində də görünür, bəzilərində süni intellekt 100-dən 90%-ni və ya daha çoxunu qazanıb.

“GPT-4” əməliyyatına bir nümunə gətirək; istifadəçi inqrediyentlərin şəklini yükləyir, onlardan nə bişirilə biləcəyi ilə bağlı təkliflər soruşur və mümkün yeməklərin siyahısını əldə edir. Sonra sual verə və resept əldə edə bilərsiniz.

“GPT-4” artıq “OpenAI”a məxsus “ChatGPT” çatbotunda da, həmçinin əsas investor və tərtibatçıların eksklüziv tərəfdaşı olan “Microsoft”a məxsus “Bing” brauzerində istifadə olunur. Model həmçinin “Duolingo” dil öyrənmə platforması, “Stripe” onlayn ödəniş sistemi və “Khan Academy” təhsil təşkilatı kimi bir sıra “OpenAI” partnyorlarının tətbiqlərində də quraşdırılıb.

Mənbə: Meduza

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top