
ABŞ-ın yeni səfiri yanvarın sonuna qədər Moskvaya gələcək
Bakı, 25 yanvar, AZƏRTAC
ABŞ-ın Rusiyaya yeni təyin olunmuş səfiri Lin Treysi yanvarın sonuna qədər Moskvaya gələcək.
AZƏRTAC xəbər verir ki, bu barədə çərşənbə axşamı keçirdiyi brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.
“Təsdiq edə bilərəm ki, səfir Treysi Vaşinqtonda Rusiya səfiri Anatoli Antonov ilə görüşüb. Bu, onun həmkarı ilə müzakirələr aparmaq üçün bir fürsət idi. Biz səfir Treysinin yaxın günlərdə etimadnaməsini təqdim etmək üçün Rusiyaya səfər edəcəyini gözləyirik”, – deyə Prays əlavə edib.
Onun sözlərinə görə, Lin Treysi bu ayın sonunda iş başında olacaq. O, hazırda Vaşinqtonda məsləhətləşmələr aparır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Kioto Universiteti yaponların qanından alınan kök hüceyrələri satmağa başlayır
Bakı, 8 fevral, AZƏRTAC Yaponiyanın Kioto Universiteti yaponların qanından alınan induksiya edilmiş kök hüceyrələrin (iPS […]
-
Cozef Bayden respublikaçılar və demokratlar arasında əməkdaşlığın vacibliyindən danışacaq
Bakı, 8 fevral, AZƏRTAC ABŞ-ın respublikaçılar və demokratlar partiyalarının nümayəndələri ölkənin mənafeyi naminə birgə çalışmalıdırlar. […]
-
Mauro İkardi “Qalatasaray”ın tarixinə düşüb
Bakı, 8 fevral, AZƏRTAC İstanbulun “Qalatasaray” klubunun futbolçusu Mauro İkardi komandanın tarixində ilkə imza atıb. […]