ABŞ Gürcüstana viza sanksiyaları tətbiq edir
Tbilisi, 6 iyun. AZƏRTAC
Amerika Birləşmiş Ştatları Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının rəhbər şəxslərinə və onların ailə üzvlərinə, eləcə də bəzi şəxslərə viza sanksiyaları tətbiq edir.
AZƏRTAC Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə açıqlayıb.
Bildirilib ki, bu, viza məhdudiyyətlərinin ilk paketidir və buraya Gürcüstanın hakim partiyasının üzvləri, deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları və fiziki şəxslər daxildir: “Biz ümid edirik ki, Gürcüstan liderləri öz hərəkətlərini yenidən nəzərdən keçirəcək və ölkələrinin uzun müddətdir bəyan etdiyi demokratik və Avro-Atlantik istəklərinə doğru irəliləmək üçün addımlar atacaqlar. Lakin bunu etməsələr, Birləşmiş Ştatlar əlavə tədbirlər görməyə hazırdır”, – deyə, M.Miller vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]