ABŞ-da “Türksat 6A” peykinin orbitə buraxılması üçün hazırlıqlar tamamlanıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ABŞ-da “Türksat 6A” peykinin orbitə buraxılması üçün hazırlıqlar tamamlanıb

Ankara, 7 iyul, AZƏRTAC

Floridada (ABŞ) Türkiyənin ilk telekommunikasiya peyki olan “Türksat 6A”nın orbitə buraxılması üçün hazırlıqlar tamamlanıb.

AZƏRTAC xəbər verir ki, peykin Kanaveral burnundan buraxılması iyulun 9-na planlaşdırılır.

“Türksat 6A” orbitə Falcon 9 daşıyıcı raketi ilə çıxarılacaq.

Peykin buraxılış mərasimində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu iştirak edəcək.

“Türksat 6A” Türkiyə, Avropa və Cənubi Asiya ölkələrində türk peyklərinin əhatə dairəsini 3,5 milyarddan 5 milyarda qədər genişləndirməyə imkan verəcək.

4,2 ton ağırlığında olan “Türksat 6A” peykinin idxalını əvəzləmə səviyyəsi 80 faizdən çoxdur.

Türkiyənin nəqliyyat naziri daha əvvəl bildirmişdi ki, bir rabitə peykinin orta qiyməti 200-250 milyon dollar təşkil edır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top