ABŞ-da məşhur aktyorun ölümünə görə 5 nəfər həbs olunub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ABŞ-da məşhur aktyorun ölümünə görə 5 nəfər həbs olunub

Vaşinqton, 16 avqust, AZƏRTAC

ABŞ-da məşhur aktyor Metyu Perrinin ölümü ilə əlaqədar 5 nəfər saxlanılıb.

AZƏRTAC-ın məlumatına görə, ittihamlar bu gün Los-Ancelesdə keçirilmiş mətbuat konfransında elan edilib.

ABŞ Prokurorluğunun yaydığı məlumata görə, həbs olunanlar 2 həkim, Metyu Perrinin evində yaşayan şəxsi köməkçisi, “ketamin kralı” adlandırılan şəxs və digər maddə tədarükçüsüdür. Onlar aktyorun ölümünə bir neçə həftə qalmış ona ketamin adlı maddə verməkdə ittiham olunurlar. Onlar nə etdiklərindən xəbərdar olublar və maddədən asılı olan şəxsin vəziyyətindən sui-istifadə edərək bunu daha çox pul qazanmaq məqsədilə ediblər.

Metyu Perri 1994-2004-cü illərdə NBC-də yayımlanan rekord izləməyə malik məşhur “Dostlar” (“Friends”) serialının ulduzlarından biridir. 54 yaşlı aktyor ötən ilin oktyabrında evində ölü tapılıb. O, yüksək dozada maddə qəbul etdiyi üçün həyatını itirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top