ABŞ Almaniyaya 5 milyard dollar dəyərində “Patriot” raketlərinin satışını təsdiqləyib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ABŞ Almaniyaya 5 milyard dollar dəyərində “Patriot” raketlərinin satışını təsdiqləyib

Bakı, 16 avqust, AZƏRTAC

ABŞ Dövlət Departamenti Almaniyaya 5 milyard dollar dəyərində “Patriot” raketlərinin mümkün satışını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Pentaqona daxil olan Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Almaniya əvvəllər ABŞ-dan göstərilən məbləğə 600-ə qədər PAC-3 MSE raketi və müvafiq avadanlığı istəyib. “Təsdiqlənmiş saziş çərçivəsində silah tədarükü ABŞ-ın xarici siyasətini və milli təhlükəsizlik maraqlarını təmin edir və həmçinin Almaniyanın gələcək təhdidlərə cavab vermək qabiliyyətini gücləndirəcək”, – məlumatda deyilir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top