Azərbaycan Ordusunun Baş Qərargah rəisi “Altın Kıran – 2024″ təliminin taktiki epizodunu izləyib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan Ordusunun Baş Qərargah rəisi “Altın Kıran – 2024″ təliminin taktiki epizodunu izləyib

Bakı, 24 avqust, AZƏRTAC

Qazaxıstan Respublikasında səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti Almatı vilayətinin Jarkent şəhərində yerləşən “Koktal” təlim poliqonuna gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimin keçirilməsi üçün poliqonda yaradılan şəraitlə tanış olduqdan sonra general-polkovnik K.Vəliyev komanda-idarəetmə məntəqəsinə gələrək “Altın Kıran – 2024” (“Qızıl Qartal – 2024”) birgə taktiki-xüsusi təliminin taktiki epizodunu izləyib.

Sonra hər iki ölkənin təlimdə iştirak edən hərbi qulluqçuları ilə görüş keçirilib. Təlimdə fərqlənən hərbi qulluqçular medallarla təltif edilib, onlara qiymətli hədiyyələr verilib.

Qeyd edilib ki, “Altın Kıran – 2024” birgə taktiki-xüsusi təlimində qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top