“Portu” klubu türkəsilli futbolçunu transfer edib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Portu” klubu türkəsilli futbolçunu transfer edib

Bakı, 24 avqust, AZƏRTAC

Portuqaliyanın “Portu” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, İsveç təmsilçisi “Hammarbi”nin türkəsilli hücumçusu Deniz Gül transfer olunub. Onunla 5 illik müqavilə imzalanıb.

İyirmi yaşlı isveçli oyunçu yeni komandasında 27 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, D.Gül ötən mövsüm “Hammarbi”də 22 oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top