İtaliyada yaxta qəzasında ölənlərin sayı 7-yə yüksəlib
Roma, 24 avqust, AZƏRTAC
İtaliyanın Palermo şəhərinin sahil zolağında yelkənli yaxtanın batması nəticəsində itkin düşən sonuncu şəxsin cəsədi tapılıb.
AZƏRTAC xəbər verir ki, axtarış-xilasetmə qrupları dənizin dibinə batan yaxtanın gövdə hissəsində qadın cəsədi aşkarlayıblar. Bununla qəza nəticəsində itkin düşən “britaniyalı Bill Qeyts” kimi tanınan məşhur iş adamı Mayk Linç və onun 18 yaşlı qızı Hanna, “Morgan Stanley International”ın prezidenti Conatan Blumer və həyat yoldaşı Enn Elizabet Cudit, amerikalı vəkil Kris Morvillo və həyat yoldaşı Neda Morvillo həlak olublar. Hadisə baş verən gün isə bir ekipaj üzvünün cəsədi tapılmışdı.
Linç ailəsi axtarış-xilasetmə əməliyyatlarına görə İtaliya rəsmilərinə təşəkkürünü bildirib. Hadisə ilə bağlı istintaq aparılır, prokurorluq 7 cəsədin yarılmasını təşkil edəcək.
Xatırladaq ki, Böyük Britaniya bayrağı ilə üzən “Bayesian” adlı yaxta avqustun 19-u səhər saatlarında Siciliya adasının şimal sahilində Portiçello adlı bölgədə batıb. Yaxtanın göyərtəsində sərnişin və ekipaj üzvü olmaqla ümumilikdə 22 nəfər olub. Mayk Linçin həyat yoldaşı Anjela Bakares və biri azyaşlı olmaqla 15 nəfər həmin gün xilas edilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
BƏNZƏR MƏQALƏLƏR
-
Türkiyəli ekspert: Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı tələbləri haqlıdır
Ankara, 11 sentyabr, AZƏRTAC “Ermənistan Konstitusiyasının hazırkı redaksiyası Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına […]
-
Laçın sakini: Yurduma gedib işimi davam etdirmək istəyirəm
Bakı, 11 sentyabr, AZƏRTAC “Laçında illərlə mətbuat işçisi olmuşam. İndi yurduma gedib işimi yenidən davam […]
-
Mayotda işsizlik Fransa üzrə orta göstəricidən 5 dəfə çoxdur
Bakı, 11 sentyabr, AZƏRTAC Fransanın Mayot departamentində işsizlik artaraq 37 faizə çatıb. AZƏRTAC “”Figaro”ya istinadla […]