FHN: Bakıda binada yanğın olub, sakinlər təxliyə olunub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

FHN: Bakıda binada yanğın olub, sakinlər təxliyə olunub

Bakı, 23 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsində onbirmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.

FHN-dən AZƏRTAC-a bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yaşayış binasının zirzəmisində baş verən yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 11-ci mərtəbədə liftdə qalan 5 nəfər xilas edilib, tüstülənmiş mənzillərdən 3 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təxliyə olunub.

Yanğın nəticəsində onbirmərtəbəli yaşayış binasının zirzəmisində elektrik otağında 10 ədəd sayğac, qoruyucu açar və 20 p.m. kabel yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top