Sankt-Peterburqun Aleksandrinski Teatrının yaradıcı heyəti Bakıya qastrola gələcək
Bakı, 23 avqust, AZƏRTAC
Sankt-Peterburqun Aleksandrinski Teatrının yaradıcı heyəti sentyabrın 19-20-də Bakıya qastrola gələcək. Rusiyanın qocaman sənət ocağı səhnələşdirdiyi Qoqolun məşhur “Evlənmə” pyesini Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında azərbaycanlı tamaşaçılara nümayiş etdirəcək.
Bu barədə AZƏRTAC-a Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı məlumat verib.
Onun sözlərinə görə, Milli Dram Teatrı Aleksandrinski Teatrı ilə bu il əməkdaşlıq memorandumu imzalayıb: “Bu layihə hər iki ölkənin milli teatrlarının birgə layihəsidir. Təqdim olunacaq səhnə əsərinə Rusiyanın görkəmli rejissoru, Xalq artisti Valeri Fokinin quruluşunda baxılacaq. Başlıca məqsədimiz dünyanın aparıcı teatrları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrimizi inkişaf etdirmək və təcrübə mübadiləsi aparmaqdır”.
Sözügedən qastrol Azərbaycan və Rusiyanın mədəniyyət nazirliklərinin birgə dəstəyi ilə reallaşacaq.
BƏNZƏR MƏQALƏLƏR
-
Türkiyəli ekspert: Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı tələbləri haqlıdır
Ankara, 11 sentyabr, AZƏRTAC “Ermənistan Konstitusiyasının hazırkı redaksiyası Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına […]
-
Laçın sakini: Yurduma gedib işimi davam etdirmək istəyirəm
Bakı, 11 sentyabr, AZƏRTAC “Laçında illərlə mətbuat işçisi olmuşam. İndi yurduma gedib işimi yenidən davam […]
-
Mayotda işsizlik Fransa üzrə orta göstəricidən 5 dəfə çoxdur
Bakı, 11 sentyabr, AZƏRTAC Fransanın Mayot departamentində işsizlik artaraq 37 faizə çatıb. AZƏRTAC “”Figaro”ya istinadla […]