Türkiyədə neft və qaz hasilatının həcmi rekord səviyyəyə çatıb
Ankara, 23 avqust, AZƏRTAC
Türkiyədə neft hasilatının həcmi tarixi maksimuma – sutkada 107 min 621 barrelə çatıb, eyni zamanda qaz istehsalı gündə 7 milyon 609 min 427 kubmetr həddə çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Energetika və Təbii Ehtiyatlar Nazirliyinin məlumatında deyilir.
Energetika naziri Alparslan Bayraktarın sözlərinə görə, cari il Türkiyə neft-qaz sənayesinin “maksimal inkişaf dövrü” elan olunub.
Nazir qeyd edib ki, ölkədə neftin əksər hissəsini (sutkada 95 min barreldən artıq) TPAO şirkəti hasil edir.
Qaz hasilatı ilə bağlı energetika naziri deyib ki, təkcə Qara dənizin Türkiyə sektorundakı “Sakarya” yatağında gündəlik 146 min 886 kubmetr qaz hasil edilir.
Bayraktar Türkiyənin enerji asılılığını minimuma endirmək məqsədinə doğru inamla irəlilədiyini vurğulayıb.
“Biz həm quruda, həm də dəniz zonasında yeni yataqların işlənməsinə səy göstəririk. Əminəm ki, neft və qaz hasilatının həcmi bundan sonra da artmaqda davam edəcək”, – deyə nazir qeyd edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
BƏNZƏR MƏQALƏLƏR
-
Türkiyəli ekspert: Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı tələbləri haqlıdır
Ankara, 11 sentyabr, AZƏRTAC “Ermənistan Konstitusiyasının hazırkı redaksiyası Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına […]
-
Laçın sakini: Yurduma gedib işimi davam etdirmək istəyirəm
Bakı, 11 sentyabr, AZƏRTAC “Laçında illərlə mətbuat işçisi olmuşam. İndi yurduma gedib işimi yenidən davam […]
-
Mayotda işsizlik Fransa üzrə orta göstəricidən 5 dəfə çoxdur
Bakı, 11 sentyabr, AZƏRTAC Fransanın Mayot departamentində işsizlik artaraq 37 faizə çatıb. AZƏRTAC “”Figaro”ya istinadla […]